İspaniyanın “Vilyarreal” klubu heyətini gücləndirib.
Korner.az-ın məlumatına görə, komanda “Arsenalın” futbolçusu Joel Kempbeli icarə əsasında heyətinə cəlb edib. 22 yaşlı futbolçu ötən mövsüm “Olimpiakos”da çıxış edib və 11 qol vurub.
Qeyd edək ki, Kosta Rika millisində də şərəfini qoruyan futbolçunu “Qalatasaray”da transfer etmək istəyirdi.
