“Qalatasaray”ın hücumçusu zədələndi
24.03.2019 , 12:38

“Qalatasaray” klubunun yunanıstanlı hücumçusu Kostas Mitrioğlu milli komandanın görüşü zamanı zədələnib.
Ötən gün keçirilən “AVRO-2020″nin seçmə mərhələsi çərçivəsində keçirilən Lixteynşteyn – Yunanıstan matçının 23-cü dəqiqəsində ağrılar hiss etdiyi üçün əvəzlənən yunansıtanlı futbolçunun vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib.
Qeyd edək ki, görüş Yunanıstan millisinin 2-0 hesablı qələbəsi ilə başa çatıb.
