Avqustun 12-də Türkiyə Superkuboku çərçivəsində baş tutmuş “Qalatasaray” – “Fənərbağça” komandaları arasındakı matçda baş verənlər cəzasıq qalmayıb. Korner.az-ın məlumatına görə, Türkiyə Futbol Federasiyasının Nizam-İntizam Komitəsi bu dəfə daha sərt qərarlarla diqqət mərkəzinə düşüb.
Belə ki, Komitə “Qalatasaray”ın futbolçusu Engin Baytarı 11 oyunluq diskvalifikasiya edib. "Cim-Bom"lu futbolçunun cəzalanmasına səbəb meydanda futbolçuya yaraşmayan hərəkətlər etməsi və matçın baş hakimi Cüneyt Çakırın ona qrımızı vərəq göstərməsinin ardından futbolçunun hakimə hücum edərək, yaxasından yapışması olub. Futbolçuya komitə tərəfindən 20 min lirə cərimə də kəsilib.
Qeyd edək ki, “Qalatasaray” – "Fənərbağça" matçı birincilərin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
