“Qalatasaray”ın futbolçusu üçün yeni iddia
21.10.2024 , 15:55

“Qalatasaray”a transfer olunduqdan sonra gözləntiləri qarşılamaqda çətinlik çəkən Elias Jelert üçün flaş iddia gündəmə gəlib.
Korner.az xəbər verir ki, İngiltərənin “Daily Mail” nəşri Jelerti “Transferə ehtiyacı olan 20 Skandinaviya oyunçusu” sırasına daxil edib.
Xəbərin məzmununda, onun “Everton”, “Vest Hem Yunayted” və ya “İpsviç Taun”a transfer oluna biləcəyi qeyd olunub.
Elias Jelert bu mövsüm “Qalatasaray”ın heyətində 10 matçda 341 dəqiqə meydanda olub.
