“Qalatasaray”ın futbolçusu üçün Fransadan təklif var
03.08.2023 , 13:19

“Qalatasaray”ın futbolçusu Yunus Akgün üçün yeni təklif var.
Korner.az xəbər verir ki, Fransanın “Bordo” klubu oyunçunu heyətinə qatmaq istəyir.
23 yaşlı futbolçu üçün razılıq əldə olunarsa, klub icarə əsasında onu transfer edəxək.
Bundan əvvəl “Nant” klubu da Yunusu heyətinə qatmaq istəyirdi.
Klub daxilində alınan məlumata görə, “Qalatasaray” bu təklifi səbirsizliklə gözləyir.
