“Qalatasaray”ın futbolçusu tarixə düşdü
30.11.2023 , 17:07

“Qalatasaray”ın futbolçusu Kerem Aktürkoğlu Çempionlar Liqasında tarixə düşüb.
Korner.az xəbər verir ki, o, “Mançester Yunayted”lə görüşdə fərqlənən futbolçu turnirdə bir mövsümdə “qırmızı şeytanlar”a həm səfər, həm də ev oyununda qol vuran ikinci oyunçu olub.
Keremdən əvvəl Kriştiano Ronaldo “Real” formasıyla 2012/2013 mövsümündə bunu bacarmışdı.
