“Qalatasaray”ın futbolçusu “Sevilya”da
08.07.2022 , 10:53

“Qalatasaray”ın futbolçusu Markao İspaniya “Sevilya”sına keçib.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi braziliyalı müdafiəçinin satışından ümumilikdə 15 milyon avro gəlir əldə edəcək. Məbləğin 3 milyon avrosu sonradan bonuslar şəklində ödəniləcək.
Qeyd edək ki, Markao 2019-cu ildən “Qalatasaray”da çıxış edirdi.
