“Qalatasaray”ın heyətində nadir hallarda meydana çıxan Bruma növbəti mövsümü İspaniyada keçirəcək.
Korner.az-ın məlumatına görə, “Real Sosyedad” portuqaliyalı futbolçunu düşərgəsinə icarə əsasında qatıb.
Brumayla 1 illik anlaşan La Liqa təmsilçisi onu növbəti mövsümdə sınaqdan çıxaracaq.
Əgər futbolçu özünü yaxşı tərəfdən göstərərsə, İspaniya təmsilçisi 8 milyon avro ödəyərək portuqaliyalının transfer hüququnu istanbullulardan alacaq.
