“Qalatasaray”ın futbolçusu “Mançester Siti”nin hədəfində
30.04.2025 , 20:27

“Qalatasaray”ın futbolçusu Qabriel Sara karyerasını İngiltərədə davam etdirə bilər.
Korner.az xəbər verir ki, bu barədə “Foot Mercato” məlumat yayıb.
Xəbərdə, 25 yaşlı braziliyalı yarımmüdafiəçi ilə “Mançester Siti”nin maraqlandığı bildirilib.
Artıq “şəhərlilər” oyunçunun yaxın ətrafı ilə əlaqəyə də keçib.
Bu mövsüm 41 oyuna çıxan futbolçu, 2 qol vurub və 8 məhsuldar ötürmə edib.
