“Qalatasaray”ın futbolçusu La Liqa klubunun hədəfində
12.06.2024 , 11:10

“Qalatasaray”ın oyunçusu Viktor Nelsson yenidən La Liqa klubunun radarına düşüb.
Korner.az xəbər verir ki, “Sevilya” futbolçunu heyətində görmək istəyir.
İspaniya mətbuatının yazdığına görə, klub danimarkalı müdafiəçi ilə anlaşıb və “Qalatasaray”a rəsmi təklif göndərəcək.
İstanbul nəhəngi bu transferdən minimum 15 milyon avro qazanmağı hədəfləyir.
Bu mövsüm “Qalatasaray”la 46 matça çıxan Nelsson 2 qol vurub.
