“Qalatasaray”ın futbolçusu klub dəyişir?
18.03.2025 , 16:00

“Qalatasaray”ın futbolçusu Kerem Demirbayla bağlı sürpriz transfer iddiası gündəmə gəlib.
Korner.az xəbər verir ki, 31 yaşlı oyunçunun xidmətində “Samsunspor” maraqlıdır.
Bu mövsüm 30 rəsmi matçda meydana çıxan Demirbay qol vura bilməyib, 3 məhsuldar ötürmə edib.
Onun Super Liqa klubu ilə müqaviləsinin müddəti 2026-cı ilə qədər qüvvədədir.
