“Qalatasaray”ın futbolçusu İngiltərə klubunun hədəfində
09.01.2025 , 15:30
“Qalatasaray”ın futbolçusu Qabriel Sara İngiltərə klubunun hədəfinə düşüb.
Korner.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçinin xidmətində “Çelsi” maraqlıdır.
London təmsilçisi braziliyalı üçün Türkiyə klubu ilə danışıqlara başlayıb.
Oyunçunun “Qalatasaray”la hazırkı müqaviləsinin müddəti 2029-cu il iyunun 30-na qədərdir.