“Qalatasaray”ın futbolçusu heyətdən kənarlaşdırıldı
25.12.2020 , 19:25

“Qalatasaray”ın hücumçusu Mbaye Diaqne heyətdən kənarlaşdırılıb.
Korner.az xəbər verir ki, buna səbəb 29 yaşlı futbolçunun ailə üzvlərindən birində koronavirus testinin müsbət çıxmasıdır.
Bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Tədbir məqsədi üçün futbolçu Super Liqanın 15-ci turunda “Trabzonspor”la matçı buraxmalı olacaq.
