“Qalatasaray”ın yeni transferi Sinan Bolatdan Türkiyə Futbol Federasiyasına (TFF) şikayət olunub.
Korner.az-ın məlumatına görə, ötən mövsüm “Portu”dan icarə əsasında “Kayserispor”a keçən Sinan keçmiş komandasının aşağı liqaya düşməsində əsas günahkar kimi görülür.
Kayseri təmsilçisinin şikayət məktubunda qeyd edilir ki, qapıçının potensialından zəif oynaması ucbatından komanda Birinci Liqaya düşüb.
Sinan isə “Kayserispor”un ona olan borcunu ödəməsi üçün TFF-yə şikayət edib.
