Fransa 1-ci Liqasında mübarizə aparan “Marsel” “Qalatasaray”ın futbolçusu Aurelien Şedcunu transfer etmək niyyətindədir.
Korner.az-ın məlumatına görə, 31 yaşlı oyunçu üçün hərəkətə keçən Fransa təmsilçisi transferin tez bir zamanda reallaşması üçün çalışmalarını sürətləndirib.
Qeyd edək ki, müdafiəçinin “Cim Bom”la olan müqaviləsi 2017-ci ildə bitir.
