“Qalatasaray”ın futbolçusu “Eyüpspor”un hədəfində
17.06.2025 , 15:09

“Eyüpspor” “Qalatasaray”ın futbolçusu Kerem Demirbay üçün təklif göndərib.
Korner.az xəbər verir ki, bu barədə “beIN Sports” məlumat yayıb.
Xəbərdə, klubun 31 yaşlı yarımmüdafiəçinin transferində maraqlı olduğu bildirilib.
Oyunçu özü də “Eyüpspor”a keçməyə müsbət baxır.
Ötən mövsüm Super Liqada ümumilikdə 34 matçda forma geyinən Demirbay bu görüşlərdə 3 məhsuldar ötürmə ilə yadda qalıb.
