“Qalatasaray”ın futbolçusu “Bazel”ə keçir
14.08.2023 , 13:27

“Qalatasaray”da Yusuf Dəmir üçün yeni iddia ortaya atılıb.
Korner.az xəbər verir ki, “Bazel” Yusuf Dəmiri “Qalatasaray”dan almaq şərti ilə icarəyə götürəcək.
Bu barədə italiyalı jurnalist Nikolo Şira məlumat yayıb.
Xəbərə görə, danışıqlar son mərhələyə çatıb. Transferin qısa zamanda başa çatacağı gözlənilir.
