“Qalatasaray”ın futbolçusu Ərəbistan klubunda
05.02.2019 , 10:18

“Qalatasaray” müdafiəçisi Maykonu icarəyə verib.
Braziliyalı müdafiəçi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edəcək. Onunla 1,5 illik icarə müqaviləsi imzalanıb. Bu keçid üçün “Əl-Nəsr” İstanbul təmsilçisinə 1,7 milyon avro ödəyib.
30 yaşlı futbolçu 2017-ci ildə “San Paulu”dan “Qalatasaray”a keçib.
