Bu gün Çempionlar Liqasının qrup mərhələsində V turun növbəti oyunları keçirilib.
Korner.az-ın məlumatına görə, azərbaycanlı futbolsevərlərin maraqla gözlədikləri “Anderlext” – “Qalatasaray” matçı meydan sahiblərinin qələbəsi ilə başa çatıb.
Bununla da, Türkiyə təmsilçisinin qrupda qalması dəqiqləşib.
26 noyabr
A qrupu
23:45. “Malmö” (İsveç) – “Yuventus” (İtaliya) 0:2
Qol: Lorente, 49,Tevez, 88
23:45. “Atletiko” (Madrid, İspaniya) – “Olimpiakos” (Yunanıstan) 4:0
Qol: Qarsia, 9, Mandjukiç, 38, 62, 65
B qrupu
23:45. “Bazel” (İsveçrə) – “Real” (Madrid, İspaniya) 0:1
Qol:Ronaldo, 35
23:45. “Ludoqorets” (Bolqarıstan) – “Liverpul” (İngiltərə) 2:2
Qollar: Abalo, 3, Terziev, 88 // Lambert, 8, Henderson, 37
C qrupu
21:00. “Zenit” (Rusiya) – “Benfika” (Portuqaliya) 1:0
Qol: Danni, 79 (1:0)
23:45. “Bayer” (Leverkuzen, Almaniya) – “Monako” (Fransa) 0:1
Qol: Okampos, 72
D qrupu
23:45. “Anderlext” (Belçika) – “Qalatasaray” (Türkiyə) 2:0
Qol:Mbemba, 44, 86
Qırmızı vərəqə: Səlcuq İnan, 83 (“Qalatasaray”)
23:45. “Arsenal” (İngiltərə) – “Borussiya” (Dortmund, Almaniya) 2:0
Qol: Sanaqo, 2, Sançez, 57
