Çempionlar Liqasının 1/8 final mərhələsində “Qalatasaray”la üz-üzə gələcək “Şalke” diqqətini heyətini gücləndirməyə yönəldib.
Korner.az-ın məlumatına görə, Bundesliqa təmsilçisi “Lion”un braziliyalı müdafiəçisi Mişel Bastosu transfer etmək üzrədir.
Qeyd edək ki, tərəflər arasında ilkin razılığın əldə olunduğu bildirilir. “Şalke” bu transferə 7 milyon avro xərcləyəcək.
