“Qalatasaray”ın bitmək bilməyən 3039 günlük həsrəti
01.05.2023 , 10:32
Türkiyə Super Liqasının 32-cı turunda “Qalatasaray” səfərdə “Beşiktaş”a məğlub olub – 0:2.
Korner.az xəbər verir ki, bununla da “sarı-qırmızılar” 3039 gündür ki, “qartallar”a səfərdə qalib gələ bilmir.
“Qalatasaray” ən son 2014/2015 mövsümündə “Beşiktaş”la səfərdən qalibiyyətlə ayrılmışdı.
“Beşiktaşı” 2:0 hesabı ilə məğlub etdiyi oyunda qolları Felipe Melo və Burak Yılmaz vurmuşdu.
Son 8 ildə “Beşiktaş”- “Qalatasaray” matçlarında qeydə alınan nəticələr:
2014/2015 Beşiktaş 0-2 Qalatasaray
2015/2016 Beşiktaş 2-1 Qalatasaray
2016/2017 Beşiktaş 2-2 Qalatasaray
2017/2018 Beşiktaş 3-0 Qalatasaray
2018/2019 Beşiktaş 1-0 Qalatasaray
2019/2020 Beşiktaş 1:0 Qalatasaray
2020/2021 Beşiktaş 2-0 Qalatasaray
2021/2022 Beşiktaş 2-1 Qalatasaray
2022/2023 Beşiktaş 3-1 Qalatasaray