Baş məşqçidən yeni rekord
26.04.2023 , 16:57

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk yeni rekorda imza atıb.
Korner.az xəbər verir ki, Burukun rəhbərliyi ilə “sarı-qırmızılar” bu mövsüm 31 həftəyə 70 xal toplayıb.
49 yaşlı baş məşqçi bundan öncə 14 oyun arda-arda qələbə qazanaraq Super Liqanın və “Qalatasaray”ın tarixinə düşmüşdü.
Karyerasının ən yaxşı dövrünü keçirən təcrübəli mütəxəssis bu sezon keçirdiyi 33 oyunda 25 qələbə, 4 heç-heçə və 4 məğlubiyyət əldə edib.
