Türkiyə Super Liqasında mübarizə aparan ”Qalatasaray”ın baş məşqçisi İqor Tudor komandanı gücləndirmək üçün transfer çalışmalarını davam etdirir.
Korner.az-ın məlumatına görə, bu haqda “Sportske Novosti” xəbər yayıb.
Xarvat mütəxəssis “Dinamo”da (Kiyev) forma geyinən həmyerlisi Domoqaj Vidanın transfer olunmasını istəyir.
İddialara görə, Tudor ilə oyunçunun meneceri danışıqlara başlayıb.
Qeyd edək ki, komandanın 28 yaşlı kapitanının Ukrayna klubu ilə müqaviləsi 2018-ci ildə bitir.
