"Qalatasaray" azarkeşləri ötən gün baş tutan “Akhisar Belediyespor”la baş tutan qarşılaşmada İslam dinini və peyğəmbərimizi təhqir edən filmə və karikaturaya reaksiya gəlib.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "Cim-Bom"lu azarkeşlər "Türk Telekom Arena"da plakatlarla filmə etirazlarını bildiriblər. Oyun öncəsi açılan plakat bütün matç boyu da nümayiş etdirilib.
Bu pankartların fotoları "Tvitter" sosial şəbəkəsində istifadəçilər tərəfindən paylaşılıb.
