“Qalatasaray”ın Avroliqa oyununa hakim təyinatları
28.09.2020 , 20:06

Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Reyncers” – “Qalatasaray” oyunu üçün hakim təyinatları açıqlanıb.
Korner.az xəbər verir ki, matçı Latviya Futbol Federasiyasından Andris Treimanis idarə edəcək. Ona həmyerliləri Haralds Gudermanis ve Alekseys Spasyonnikovs köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Aleksandr Qolubevs yerinə yetirəcək.
Qeyd edək ki, görüş oktyabrın 1-də keçiriləcək.
