“Hamburq”un türkiyəli ulduzu Hakan Çalhanoğlu üçün “Cim Bom”un 10 milyon avroluq təklifi “Hamburq” tərəfindən rədd edilib.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, klubun idman direktoru Oliver Kroyzer bu faktı təsdiqləyib.
O, “sarı qırmızılılar”ın Hakan üçün 10 milyon avro təklif etdiklərini, bu pula ehtiyacları olsa da, oyunçularını satmadıqlarını bildirib.