Dünən "Mersin İdman Yurdu" ilə görüşdə hakim qərarlarına etiraz edən və bu üzdən tribunaya göndərilən Fatih Terimin ardından eyni səbəbdən onun köməkçiləri Həsən Şaş və Ümit Davala da, hakimin qəzəbinə tuş gəlib.
Korner.az-ın məlumatına görə, "Cim-Bom"un baş məşqçi və məşqçilərinin cəzalı duruma düşməsinin ardından səfərdə "Karabükspor"la oyunda komandanı kimin meydana çıxaracağı maraqla gözlənilirdi.
Fatih Terim bildirib ki, ola bilər, texniki zonada onu Duyğu Ərdoğan əvəz etsin.
Qeyd edək ki, Duyğu ilə yanaşı məşqçilərin oturacağı yerdə Klaudio Taffarel də yer alacaq.
