“Qalatasaray”dan Zaha qərarı
08.05.2024 , 17:22

“Qalatasaray” rəhbərliyi son həftələrdə formadan uzaq düşən Vilfrid Zaha ilə bağlı son qərarını verib.
Korner.az xəbər verir ki, klub bu mövsüm gözləntilərdən geri qalan Zaha üçün təklifləri nəzərdən keçirəcək.
İstanbul təmsilçisi ulduz futbolçunun transferini asanlaşdıracaq.
31 yaşlı futbolçu bu mövsüm 27 matçda iştirak edib. Zaha bu matçlarda 9 qol vurub, 3 məhsuldar ötürmə edib.
