“Qalatasaray”dan yeni transfer – Rəsmi
24.01.2025 , 11:30

“Qalatasaray” yeni transferini rəsmiləşdirib.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi “Eyüpspor”dan Ahmed Kutucu heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı futbolçu ilə 3,5 illik müqavilə imzalanıb.
Bu transfer “Eyüpspor”a 6 milyon avroya başa gəlib.
