“Qalatasaray”dan yeni transfer
22.07.2022 , 13:07

“Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi “Olimpik”in (Lion) müdafiəçisi Leo Dubanı transfer edib.
Bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb. 27 yaşlı fransız futbolçu ilə 3 illik müqavilə imzalanıb.
“Qalatasaray” bu transfer üçün “Olimpik”ə 2.5 milyon avro ödəyəcəyi bildirilib.
