“Qalatasaray”dan yeni transfer
27.07.2021 , 18:31

“Qalatasaray” yeni futbolçu transfer edib.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi “Renn”dən Saça Boeyi alıb.
20 yaşlı müdafiəçi ilə 4 illik müqavilə üçün razılığa gəlinib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Saça Boey 2018-ci ildən “Renn”də oynayırdı.
