“Qalatasaray”dan yeni transfer
25.01.2021 , 19:07
“Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi “Brentford”dan hücumçu Halil Dervişoğlunu icarəyə götürüb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı forvard mövsümün sonunadək “Qalatasaray”da çıxış edəcək.