“Qalatasaray”dan yeni transfer
02.02.2024 , 23:29

“Qalatasaray” yeni transferini rəsmiləşdirib.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi “Fulhem”dən Karlos Vinisiusu icarəyə götürüb.
Bu barədə klubun saytı məlumat yayıb.
Braziliyalı hücumçu üçün qarşı tərəfə 600 min avro icarə haqqı ödənilib.
