Türkiyə Super Liqasında mübarizə aparan “Qalatasaray” klubu Brazliyanın “Palmeyras” klubunun futbolçusu Vitor Huqonu transfer etməkdə israrlıdır.
Korner.az-ın məlumatına görə, klub futbolçu üçün təklif etdiyi transfer məbləğini yüksəldib.
“Cim Bom” futbolçu üçün 6.5 milyon avrosundan keçməyə hazırdır.
Xatırladaq ki,Vitor Huqoya türk klubu bundan əvvəl 5.5 milyon avroluq təklif göndərmişdi.
Qeyd edək ki, futbolçu ilə Braziliyanın “Flaminqo” klubunun da maraqlandığı və 8 milyon avroluq təklif göndərdiyi bildirilir.
