Türkiyə Super Liqasında mübarizə aparan “Qalatasaray” “Arsenal”ın futbolçusu Denni Uelbeklə maraqlanır.
Korner.az-ın məlumatına görə, bu haqda “Daily Mail” xəbər yayıb.
Bildirilir ki, “Cim Bom” oyunçu üçün 19 milyon avro ödəməyə hazırdı. Lakin hücumçu Türkiyədəki siyasi vəziyyətə görə Super Liqaya gəlmək istəmir. Eniş dövrü yaşayan Uelbek Arsen Vengerin onunla bağlı verəcəyi qərarı gözləyir.
