“Qalatasaray” İcra heyətinin başqanı Lütfi Arıboğan Con Terri məsəsləsinə aydınlıq gətirib.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, o, Terrinin gündəmlərində olmadığını və bu transferi qətiyyən düşünmədiklərini deyib.
“Biz o bölgəyə deyil əsasən müdafiənin sol cinahına futbolçu axtarırıq. Terri yüksək səviyyəli futbolçudur, ancaq biz komandanı gəncləşdirmək istəyirik. Terrini transfer etmək kimi bir niyyətimiz də, çalışmamız da yoxdur”.
