“Qalatasaray”dan sonuncu təklif
09.07.2024 , 13:00

“Qalatasaray” yeni mövsüm üçün transfer çalışmalarını davam etdirir.
Korner.az xəbər verir ki, İstanbul nəhəngi Oğuz Aydın üçün “Alanyaspor”a növbəti dəfə təklif göndərib.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə, “Qalatasaray”ın oyunçu üçün 5 milyon avro verəcəyi bildirilib.
Futbolçu ötən mövsüm “Alanyaspor”da 38 matçda forma geyinib, 13 qol vurub və 8 məhsuldar ötürmə edib.
