“Qalatasaray”ın mətbuat katibi Şükrü Ergün Çempionlar Liqasının 1/8 final mərhələsində rəqibləri olacaq “Çelsi” haqqında maraqlı açıqlama verib.
Korner.az-ın məlumatına görə, mətbuat katibi Türkiyənin NTV Spor kanalına verdiyi açıqlamada “Çelsi”nin düşməyinə sevindiklərini bildirib:
“Bu səviyyəyə gəldikdən sonra hansı rəqiblə qarşılaşacağımız vacib deyildi. “Barselona” və “Bavariya”nın düşməməyi sevindiricidir. “Çelsi” bu iki komandaya nisbətən daha istəlinən rəqibdir. Şəxsən bu püşkatmadan razı qaldım”
