“Qalatasaray” mövsümə başlamamış bir futbolçuyla yollarını rəsmən ayırıb.
Korner.az-ın məlumatına görə, “sarı-qırmızılılar” argentinalı futbolçu Juan Emmanuel Kulio ilə sözləşməsini qarşılıqlı olaraq pozduğunu bəyan edib.
Artıq bununla bağlı məlumat birjaya da bildirilib.
Məlumatda deyilir ki, müqavilənin qarşılıqlı olaraq pozulmasına görə futbolçuya 500 min avro ödəniləcək.
