“Qalatasaray” heyətinə daha bir futbolçu cəlb edib.
Korner.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, İstanbul təmsilçisi ABŞ-ın “Los Anceles Qalaksi” klubunun futbolçusu Naycel de Yonqu transfer edib
Bu keçid “sarı-qırmızı”lar üçün pulsuz başa gəlib.
Hollandiyalı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 31 yaşlı futbolçu “Mançester Siti” və “Milan” kimi klublarda da çıxış edib.
