“Qalatasaray”dan növbəti transfer
05.02.2025 , 19:26

“Qalatasaray” növbəti transferini rəsmiləşdirib.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi “Vulverhempton”dan Mario Leminanı heyətinə cəlb edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı yarımmüdafiəçi bu gün tibbi müayinədən keçmək üçün İstanbula gələcək.
