“Qalatasaray”dan Mertens qərarı
01.05.2024 , 12:55

“Qalatasaray” futbolçusu Dris Mertenslə bağlı qərarını verib.
Korner.az xəbər verir ki, Super Liqa təmsilçisi futbolçunun müqaviləsini uzadacaq.
Klub rəhbərliyi ulduz hücumçu ilə 1 il daha davam etmək istəyir.
36 yaşlı futbolçu qərarını mövsümün sonunda verəcəyini desə də, “Qalatasaray”la prinsipial razılığa gəlib.
