“Qalatasaray” klubu baş məşqçi Roberto Mançini haqda rəsmi açıqlama yayınlayıb.
Korner.az həmin açıqlamanı sizə təqdim edir:
“Son günlərdə klubumuzun baş məşqçisi Roberto Mançini haqda son zamanlarda çıxan “komandadan ayrılacaq” xəbəri yalandır. Biz heç bir baş məşqçi ilə maraqlanmırıq. Eyni zamanda Mançini də klubdan ayrılmağı düşünmür. “Qalatasaray” baş məşqçisiylə, futbolçusuyla, rəhbərliyiylə birlikdə liqadakı və kubokdakı hədəflərinə çatmaq üçün çalışmağa davam edir”.
