“Qalatasaray”dan İtaliyaya dönüş
12.12.2025 , 19:30
“İnter”in keçmiş hücumçusu və hazırda “Qalatasaray”da oynayan Mauro İkardi yenidən İtaliya çempionatına dönə bilər.
Korner.az xəbər verir ki, ulduz oyunçu “Milan”a təklif olunub.
“Rossoneri” bu mövsüm gözləntiləri qarşılamayan Santiqo Ximenesə alternativ axtarır. 24 yaşlı Ximenes 9 oyunda çıxış edib, amma qol vurmayıb.
32 yaşlı Mauro İkardi isə Türkiyə Super Liqasında bu mövsüm 14 oyunda iştirak edib və 7 dəfə fərqlənib.