“Qalatasaray”dan getmək istəmir
19.02.2026 , 21:30
“Qalatasaray”ın hücumçusu Viktor Osimhen klubda qalmaq istəyir və dərhal ayrılmaq fikrində deyil.
Korner.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nigeriyalı ulduz komandaya bağlıdır.
Buna baxmayaraq, yay transfer pəncərəsi ərəfəsində bir neçə Avropa klubu Osimhenlə maraqlana bilər. Hazırda onunla bağlı konkret danışıqlar və ya rəsmi təkliflər yoxdur.
Məlumata görə, mümkün transfer futbolçunun şəxsi qərarından asılı olacaq.