Ulduz oyunçu “Qalatasaray”dan gedir?
04.09.2024 , 09:45

Hakim Ziyeçin “Qalatasaray”dan ayrılması gözlənilir.
Korner.az xəbər verir ki, futbolçu ilə bəzi Qətər klubları maraqlanır.
Bu barədə Fransa mətbuatı məlumat yayıb.
Xəbərdə, Ziyeçin “Qalatasaray”la müqaviləsinə xitam verəcəyi bildirilib.
“Qalatasaray”ın heyətinə “Çelsi”dən transfer olunan Ziyeç 27 matçda meydana çıxıb, 8 qol vurub və 4 məhsuldar ötürmə edib.
