Türkiyənin “Qalatasaray” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.
Korner.az-ın məlumatına görə, İstanbul təmsilçisi keçən mövsüm
“Trabzonspor”da oynayan Olcan Adını transfer edib.
28 yaşlı
yarımmüdafiəçi ilə dörd illik müqavilə imzalanıb. Bu transfer üçün klub Trabzon
təmsilçisinə dörd milyon avro təzminat ödəyib.
“Qalatasaray”ın futbolçusu Salih Dursunu isə
“Trabzonspor”a iki illik icarəyə verilib.
