“Qalatasaray” klubu heyətini gücləndirir.
Korner.az-ın məlumatına görə, istanbullular bir gündə 2 transfer həyata keçirib.
“Cim-bom” bu keçidlərdən birini artıq təqdim edib. “Bursaspor”un mərkəz müdafiəçisi Sərdar Aziz “sarı-qırmızlılar”la rəsmən anlaşıb. Bu gün ictimaiyyətə təqdim edilən Türkiyə millisinin üzvü İstanbul nəhəngi ilə 4 illik müqaviləyə qol çəkib.
Bundan başqa “Akhisar”ın hücumçusu Uqo Rodalleqa da komandaya cəlb olunub. Ötən mövsüm çempionatda 19 qola imza atan kolumbiyalı forvard “aslan”ın 2+1 illik müqavilə təklifini qəbul edib.
