“Qalatasaray”dan “Başakşəhər”ə
11.06.2021 , 12:34

“Başakşəhər” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Super Liqa klubu “Qalatasaray”dan ayrılan Şener Özbayraklını heyətinə qatıb.
31 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Özbayraklı “Qalatasaray”a 2019-cu ildə “Fənərbağça”dan keçmişdi.
