“Qalatasaray”dan ayrılır, Fransa klubuna keçir
05.12.2024 , 14:00
Ara transfer dönəmində “Qalatasaray”dan ayrılacağı gözlənilən Hakim Ziyeçlə bağlı yeni iddia gündəmə gəlib.
Korner.az xəbər verir ki, mərakeşli cinah oyunçusu ilə “Renn” yaxından maraqlanır.
Fransa klubu qısa müddətdə təcrübəli futbolçu ilə danışıqlara başlayacağı bildirilir.
Ziyeç özü də Fransada oynamaq istəyir.
Bu mövsüm “Qalatasaray” forması ilə 10 matçda 317 dəqiqə meydanda olan 31 yaşlı oyunçu 1 məhsuldar ötürmə edib.